Qanunvericilik və Geri Qaytarma
AR İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun
Maddə 15.1: İstehlakçı aldığı lazımi keyfiyyətli qeyri-ərzaq malını başqa ölçülü, formalı, qabaritli, rəngli mal ilə dəyişdirmək və ya qaytarmaq hüququna malikdir.
Bu hüququn tətbiqi üçün qanun aşağıdakı mütləq şərtləri tələb edir:
"Malın dəyişdirilməsi və ya geri qaytarılması o halda mümkündür ki, mal istifadə olunmasın, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yararlılıq nişanı qorunub saxlanılsın."
Qutu və Qablaşdırma
Məhsulun orijinal qutusu cırılmamalı, əzilməməli və zavod tərəfindən vurulan plomb/plyonkalar açılmamalıdır.
İstifadə İzi
Məhsul bir dəfə belə elektrik şəbəkəsinə qoşulmamalı və sınaqdan keçirilməməlidir. İstifadə izi olan məhsul qəbul edilmir.
Proqram Təminatı
Elektron cihazların (Smartfon, Tablet, TV Box) proqram təminatı aktivləşdirilməməli və şəxsi hesaba bağlanmamalıdır.
14 Günlük Müddət
Yalnız yuxarıdakı bütün şərtlər daxilində (yeni vəziyyətdə) məhsul 14 təqvim günü ərzində geri qaytarıla bilər.
MÜHÜM XƏBƏRDARLIQ!
Qanunvericiliyə əsasən, işlək vəziyyətdə olan məhsulun;
"Fikrimi dəyişdim", "Uşaq bəyənmədi", "Gözlədiyim kimi çıxmadı", "İşimi görmədi"
və ya digər subyektiv səbəblərlə qutusunun açılması, həmin məhsulun geri qaytarılmasına əsas vermir!