"Qızıl Zəmanət" Proqramı
PremiumBaku olaraq, standart zavod zəmanətindən əlavə, müştərilərimizə cihazlarını tam sığortalamaq üçün eksklüziv fərdi zəmanət paketləri təklif edirik.
* Paketlərin qiyməti məhsulun kateqoriyasına və dəyərinə görə dəyişir. Ətraflı məlumat üçün satış menecerinə müraciət edin.
Zəmanəti ləğv edən hallar
Aşağıdakı bəndlərdən biri aşkarlandıqda, zəmanət dərhal qüvvədən düşür:
- Gərginlik: Elektrik gərginliyinin kəskin dəyişməsi (yanıq izləri).
- Mexaniki zədə: Düşmə, zərbə, çat və ya fiziki sarsıntı.
- Maye təması: Cihazın daxilinə su, nəmişlik və ya rütubət dəyməsi.
- Kənar müdaxilə: Mağazamızın icazəsi olmadan başqa usta tərəfindən açılma.
- Plomblar: Zavod və ya mağaza möhürlərinin qırılması və ya silinməsi.
- Proqram: Rəsmi olmayan proshivka və ya icazəsiz müdaxilə.
Zəmanət Şərtləri
- Zəmanət talonu itirildikdə və ya oxunmaz hala düşdükdə zəmanət ləğv olunur.
- Aksesuarlar (pult, adapter, kabel) zəmanət əhatəsinə daxil deyil.
- Zəmanət müddəti məhsulun alındığı gündən hesablanır.
- Cihazda zavod defekti aşkarlandıqda, rəsmi servis rəyi əsasında təmir və ya dəyişdirmə həyata keçirilir.
AR Qanunvericiliyi: 14 gün ərzində qaytarma hüququ yalnız malın əmtəə görünüşü pozulmadığı və istifadə edilmədiyi təqdirdə qüvvədədir. Zəmanət xidməti isə yalnız texniki qüsurları (zavod defektlərini) əhatə edir.